about image

OUR Technology11 İLLİK TƏCRÜBƏYƏ MALİK TEXNOLOJİ ŞİRKƏT

«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. Texnoloji həllər istiqamətində ixtisaslaşıb. Biz insanların əmək qabiliyyətini məhsuldar edən və təhlükəsiz iş mühitini yaradan aparıcı proqram təminatını tətbiq edirik.

about image

BİZİM İŞİMİZ LAYİHƏLƏRİNİZİ UĞURLU ETMƏKDİR

OUR Technology MMC 2007-ci ildə yaradılıb. Bu gün biz çoxşaxəli IT sahələri üzrə çalışırıq. Uğur dalğasında OUR Host, OUR Studio və GameKey kimi şirkətdaxili layihələr yaradılıb.

Şirkət İKT infrastrukturunun, informasiya təhlükəsizliyi sistemləri və tətbiqi platformaların yaradılması üzrə ictimai əhəmiyyətli lokal və irimiqyaslı layihələrin həyata keçirilməsinə yönəlib. Micro-Focus, Red Hat və İT sənayesinin digər nəhəngləri bizim rəsmi tərəfdaşlarıdır.

BİZİM TARİXİMİZ

OUR Technology şirkəti 2007-ci ildə Azərbaycanda yaradılıb. Bu illər ərzində eniş və yoxuşlara rəğmən ölkənin texnoloji inkişafında müəyyən rol oynayıb.

2019-CU İL

DİNAMİK İNKİŞAF

Bu gün OUR Technology şirkəti bir çox ilklərə imza atmış, dinamik inkişaf edən Azərbaycan IT şirkətidir. Bu gün biz bir çox milli və beynəlxalq layihələrdə iştirak edir, həmçinin ictimai və sosial müzakirələrdə iştirak edirik.

2018-Cİ İL

MİLLİ VİDEO-OYUN PLATFORMASI

2018-ci ildə şirkətin üçüncü daxili layihəsi - GameKey - video-oyunların satışı platforması üzərində işə başlanıldı. Bu layihə video oyun naşirlərinin Azərbaycandan olan ilk rəsmi rəqəmsal distribyutorudur. GameKey.az lisenziyalı rəqəmsal video oyunların satışı istiqamətində tam sertifikatlaşdırılmış ilk milli platformadır.

2017-Cİ İL

YANDEX İLƏ ƏMƏKDAŞLIQ

Bu il OUR Technology MDB-nin aparıcı texnoloji korporasiyası Yandex ilə əməkdaşlığa başlanılmış və ödəmə sistemlərinin tətbiqi ilə əlaqədar müqavilə imzalamışdır. Növbəti il şirkət rəhbərliyi Yandex-in baş ofisində işgüzar görüşlər keçirəcəkdir.

Oktyabr 2016

AVROPAYA İNTEQRASİYA

Bu il şirkət Avropa İttifaqı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə sıx əməkdaşlıq çərçivəsində ölkənin Avro-Atlantik məkana inteqrasiyasını dəstəkləyən bir neçə ölkə əhəmiyyətli layihələrin icrası ilə məşğul olmağa başlayıb.

23 Oktyabr 2015

HOST PROVAYDER

23 oktaybr 2015-ci ildə şirkətin ikinci alt-qurumu: OUR Host - Azərbaycan Host provayderi host və bu kimi server həllərini təqdim edən brendi rəsmi fəaliyyətə başlamışdır. OUR Host ölkənin ilk özəl rəsmi host provayderidir.

Mart 2015

BEYNƏLXALQ LAYİHƏ

Bu il şirkət neft-boru kəmərlərinin texniki müşahidə və informasiya sistemləri təhlükəsizliyi ilə bağlı ilk beynəlxalq müqaviləsini imzalamışdır. 2015-ci ildə şirkət BP və SOCAR kimi nəhənglərlə bir iş mühitində çalışmağa başlamışdır.

İyul 2013 - oktyabr 2014

İLK MÜKAFATLAR

Azərbaycanda informasiya texnologiyaları sahəsində ilk peşəkar mükafat olan - Milli İnternet Mükafatı - NETTY 2013 və MilliNet 2014-ün qalibi olduq.

Fevral 2013

DÖVLƏT LAYİHƏLƏRİ

Bu il şirkətin yeni inkişaf mərhələsi başlayır. Məhz bu il biz ilk dəfə dövlət əhəmiyyətli tenderdə qalib olduq. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə məxsus veb-qaynaqların düzgün və effektiv idarəediməsi sahəsində işlər başlanıldı.

Oktaybr 2009

İLK ALT-QURUM

Şirkət proqramlaşdırma və qrafik dizayn həllərinin səmərəli təşkili və effektiv həllərin yaradılması üçün ilk daxili qurum - OUR Studio agentliyini yaratdı. Bu ildən etibarən bizim bir çox veb-proqramlaşdırma və qrafik dizayn işlərimiz "OUR Studio" brendi altında göstərilirdi.

4 iyun 2007

ŞİRKƏT YARADILDI

OUR Technology ümumi heyəti 3 nəfər olmaqla 2007-ci ildə qeydiyyata keçib. Bu il ölkədə hələ texniki tərəqqi dinamik inkişaf etmirdi.

PARTNYORLARIMIZ

Biz bir çox yerli və beynəlxalq şirkətlərin Azərbaycanda texnoloji partnyoruyuq.