FREE OUR HOST - ÖDƏNİŞSİZ HOST XİDMƏTİ

blog image 01

OUR Technology şirkənin brendi olan OUR Host - Azərbaycan Host Provayderi cəmiyyətimizin gündəlik həyatında ictimai və sosial önəm daşıyan qaynaqlar üçün xüsusi layihəyə start verir.

Yeni xidmətin adı Free OUR Host-dur. Free OUR Host layihələriniz üçün nəzərdə tutulmuş və Sizi işinizdən ayırmayan keyfiyyətli və tamamilə ödənişsiz host xidmətidir. Bu layihə ictimai və sosial məqsədli qaynaqlar üçün nəzərdə tutulub. Belə ki, əgər müraciət edən tərəf ölkəmiz üçün öhəmiyyətli olan layihəsi varsa və məzmunu yerləşdirmək üçün xüsusi bir platformaya ehtiyac duyursa - bu halda həmin şəxs tamamilə ödənişsiz əsasda host platforması hədiyyə edilir. Layihə müddətsizdir və ehtiyac olunduğu müddət ərzində istifadədə olur. 

Xidmətin özəllikləri:

Hesabın dərhal aktivasiyası
Fayl meneceri olan rahat idarəetmə paneli
Saytınız üçün 2 GB disk həcmi
Texniki xidmətin yardımı ilə tarifə rahat keçid
Reklamsız
Ödənişli opsiyalar olmadan
Gizli ödənişlər olmadan

 

Xidməti necə əldə etmək olar?

Free OUR Host layihəsinin veb-saytına - https://free.ourhost.az - keçid edərək çəhrayı düyməni sıxaraq sorğu bölməsinə daxil olun. Orada "satış şöbəsini" seçərək nəyə görə və hansı məqsəd üçün pulsuz host əldə etmək istədiyinizi bildirin. Nəzərinizə çatdırırıq ki, Free OUR Host layihəsi ictimai və sosial məqsədli qaynaqlar üçün nəzərdə tutulub.

Xidmətdən istənilən şəxs yararlana bilər.

KATEQORİYASI

post author image

Haqqımızda

«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. İT sahəsində 11 illik təcrübə ilə regionda telekommunikasiya, neft-qaz, dövlət və müdafiə, eləcə də bank-maliyyə sektorları üçün innovativ həllər təklif edir.