OUR TECHNOLOGY DOKUBAKU - BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALININ RƏSMİ SPONSORU OLDU

blog image 01

Şirkətimiz 2-6 Oktyabr Bakıda keçiriləcək DokuBaku - Beynəlxalq Film Festivalının rəsmi sponsoru oldu.  DokuBaku Azərbaycanın ilk və yeganə müstəqil sənədli film festivalıdır. DokuBaku Beynəlxalq Sənədli Film Festivalı ilk dəfə kinosevərlərin görüşünə 2017-ci ilin payızında gəlib.

Festivalın peşəkar və könüllülərdən ibarət heyəti ilə DokuBaku artıq üçüncü dəfə bu ilin oktyabr ayının 2-dən 6-dək Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq. Artıq ənənə halını almış festival bu il də sənədli film sevərlərə dünyanın müxtəlif yerlərindən festivala təqdim olunmuş, habelə bir neçə nüfuzlu festivallarda nümayiş olunmuş filmlər arasından xüsusi olaraq seçilmiş filmləri təqdim edəcək.

Geniş auditoriya üçün nəzərdə tutulmuş bənzərsiz, həyat kimi təkrarı olmayan beynəlxalq sənədli film proqramı ilə yanaşı, DokuBaku BSFF yerli sənədli film rejissorlarının filmlərini nümayiş etdirməklə onları dəstəkləməyə davam edəcək. Festival film nümayişləri ilə yanaşı müxtəlif sahələrin, o cümlədən, yerli və əcnəbi kino xadimlərinin diskussiya və debatları ilə də zənginləşəcək. Biz, hər il olduğu kimi bu il də DokuBaku-nun rəngarəng kollektivi, film-proqramı və tədbirləri ilə Azərbaycanın mədəni həyatındakı, kino camiəsindəki boşluğu dolduracağına və bu sahədə əvəzsiz bəhrəsini verəcəyinə inanırıq.

Qeyd edək ki, ölkəmizin ictimai və sosial həyatında mühüm yer tutan bir çox layihələr bu ildən etibarən OUR Technology tərəfəindən mütamadi dəstək almaqdadır. Biz hesab edirik ki, Vətənimizin mədəni inkişafına tövhə vermək bizim önəmli missiyalarımızdan biridir. DokuBaku - Beynəlxalq Sənədli Film Festivalı Azərbaycanda keçirilən ilk və yeganə müstəqil sənədli film festivalıdır. dokubaku.az vebsaytının yaradılması zamanı qrafik dizayn və proqramlaşdırma həllərini şirkətin iki alt-qurumu OUR Studio - Kreativ Rəqəmsal Agenliyi, server platforması ilə təchiz edilməsi isə OUR Host - Azərbaycan Host Provayderi tərəfindən həyata keçirilmişdir.

OUR Technology gələcəkdə də ölkəmiz üçün mühüm rol oynaya biləcək ictimai və sosial əsaslı layihələri dəstəkləməyə hazırdır. İstənilən əməkdaşlıq və ya tərəfdaşlıq üçün hər bir Azərbaycan vətəndaşı bizə müraciə edə bilər.

KATEQORİYASI

post author image

Haqqımızda

«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. İT sahəsində 11 illik təcrübə ilə regionda telekommunikasiya, neft-qaz, dövlət və müdafiə, eləcə də bank-maliyyə sektorları üçün innovativ həllər təklif edir.