Haqqımızda

  • OUR Technology

    Biz açıq mənbə həlləri yaradırıq

    «OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. Texnoloji həllər istiqamətində ixtisaslaşıb. Biz insanların əmək qabiliyyətini məhsuldar edən və təhlükəsiz iş mühitini yaradan aparıcı proqram təminatını tətbiq edirik.

    Baş qərargah
  • Bizim işimiz layihələrinizi uğurlu etməkdir

    OUR Technology MMC 2007-ci ildə yaradılıb. Bu gün biz çoxşaxəli IT sahələri üzrə çalışırıq. Uğur dalğasında OUR Host, OUR Studio və GameKey kimi şirkətdaxili layihələr yaradılıb.

    Şirkət İKT infrastrukturunun, informasiya təhlükəsizliyi sistemləri və tətbiqi platformaların yaradılması üzrə ictimai əhəmiyyətli lokal və irimiqyaslı layihələrin həyata keçirilməsinə yönəlib. Micro-Focus, Red Hat və İT sənayesinin digər nəhəngləri bizim rəsmi tərəfdaşlarıdır.

    Ofis
  • diamond

    Daima inkişaf

    Biz rəsmi fəaliyyət göstərən və aidiyyatı sənədlərə malik Azərbaycan IT şirkətiyik. 10 ildən artıqdır ki, Azərbaycan və onun hüdudlarından kənarda uğurla fəaliyyət göstəririk.

  • eco

    İnnovasiyalar

    Biz inanırıq ki, məşğul olduğumuz sahə tərəqqiyə xidmət edir. Buna görə də daima artan təcrübəmizə arxalanaraq biz hər dəfə yeni nəsil texnologiyaları tətbiq edirik.

  • headset_mic

    Müştəri məmnuniyyəti

    Biz öz müştərilərimizlə uzun müddətli əlaqələrdə maraqlıyıq. Buna görə də müştərinin layihəsi üçün individual xidmət göstərərək onlardan hər birinə xüsusi yanaşdığımızı nümayiş etdirməyə çalışırıq.

Bizim tariximiz

OUR Technology şirkəti 2007-ci ildə Azərbaycanda yaradılıb. Bu illər ərzində eniş və yoxuşlara rəğmən ölkənin texnoloji inkişafında müəyyən rol oynayıb.

  • RIPE üzvlüyü və LIR status

    Bu gün OUR Technology şirkəti RIPE üzvü oldu və LIR status qazandı. Bunun sayəsindı şirkətə aid İP-qaynaqlar müstəqil şəkildə idarə olunur və provayder qlobal internet şəbəkəsinə birbaşa çıxış imkanı əldə edir.

    11 noyabr 2024
  • Milli video-oyun platforması

    2018-ci ildə şirkətin üçüncü daxili layihəsi - GameKey - video-oyunların satışı platforması üzərində işə başlanıldı. Bu layihə video oyun naşirlərinin Azərbaycandan olan ilk rəsmi rəqəmsal distribyutorudur. GameKey.az lisenziyalı rəqəmsal video oyunların satışı istiqamətində tam sertifikatlaşdırılmış ilk milli platformadır.

    2018-ci il
  • Yandex ilə əməkdaşlıq

    Bu il OUR Technology MDB-nin aparıcı texnoloji korporasiyası Yandex ilə əməkdaşlığa başlanılmış və ödəmə sistemlərinin tətbiqi ilə əlaqədar müqavilə imzalamışdır. Növbəti il şirkət rəhbərliyi Yandex-in baş ofisində işgüzar görüşlər keçirəcəkdir.

    2017-ci il
  • Avropaya inteqrasiya

    Bu il şirkət Avropa İttifaqı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə sıx əməkdaşlıq çərçivəsində ölkənin Avro-Atlantik məkana inteqrasiyasını dəstəkləyən bir neçə ölkə əhəmiyyətli layihələrin icrası ilə məşğul olmağa başlayıb.

    Oktyabr 2016
  • Host provayder

    23 oktaybr 2015-ci ildə şirkətin ikinci alt-qurumu: OUR Host - Azərbaycan Host provayderi host və bu kimi server həllərini təqdim edən brendi rəsmi fəaliyyətə başlamışdır. OUR Host ölkənin ilk özəl rəsmi host provayderidir.

    23 Oktyabr 2015
  • Beynəlxalq layihə

    Bu il şirkət neft-boru kəmərlərinin texniki müşahidə və informasiya sistemləri təhlükəsizliyi ilə bağlı ilk beynəlxalq müqaviləsini imzalamışdır. 2015-ci ildə şirkət BP və SOCAR kimi nəhənglərlə bir iş mühitində çalışmağa başlamışdır.

    Mart 2015
  • İlk mükafatlar

    Azərbaycanda informasiya texnologiyaları sahəsində ilk peşəkar mükafat olan - Milli İnternet Mükafatı - NETTY 2013 və MilliNet 2014-ün qalibi olduq.

    İyul 2013 - oktyabr 2014
  • Dövlət layihələri

    Bu il şirkətin yeni inkişaf mərhələsi başlayır. Məhz bu il biz ilk dəfə dövlət əhəmiyyətli tenderdə qalib olduq. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə məxsus veb-qaynaqların düzgün və effektiv idarəediməsi sahəsində işlər başlanıldı.

    Fevral 2013
  • İlk alt-qurum

    Şirkət proqramlaşdırma və qrafik dizayn həllərinin səmərəli təşkili və effektiv həllərin yaradılması üçün ilk daxili qurum - OUR Studio agentliyini yaratdı. Bu ildən etibarən bizim bir çox veb-proqramlaşdırma və qrafik dizayn işlərimiz "OUR Studio" brendi altında göstərilirdi.

    Oktaybr 2009
  • Şirkət yaradıldı

    OUR Technology ümumi heyəti 3 nəfər olmaqla 2007-ci ildə qeydiyyata keçib. Bu il ölkədə hələ texniki tərəqqi dinamik inkişaf etmirdi.

    4 iyun 2007

Partnyorlarımız

Biz bir çox yerli və beynəlxalq şirkətlərin Azərbaycanda texnoloji partnyoruyuq.

Microsoft
Proxmox
Dr.Web black
REDSOFT - Azərbaycanda partnyor
Ispmanager
SUSE