News
Free OUR HOST – Ödənişsiz host xidməti
-
25 December 2024
-
Project news

OUR Technology şirkənin brendi olan OUR Host – Azərbaycan Host Provayderi cəmiyyətimizin gündəlik həyatında ictimai və sosial önəm daşıyan qaynaqlar üçün xüsusi layihəyə start verir.
Yeni xidmətin adı Free OUR Host-dur. Free OUR Host layihələriniz üçün nəzərdə tutulmuş və Sizi işinizdən ayırmayan keyfiyyətli və tamamilə ödənişsiz host xidmətidir. Bu layihə ictimai və sosial məqsədli qaynaqlar üçün nəzərdə tutulub. Belə ki, əgər müraciət edən tərəf ölkəmiz üçün öhəmiyyətli olan layihəsi varsa və məzmunu yerləşdirmək üçün xüsusi bir platformaya ehtiyac duyursa – bu halda həmin şəxs tamamilə ödənişsiz əsasda host platforması hədiyyə edilir. Layihə müddətsizdir və ehtiyac olunduğu müddət ərzində istifadədə olur.
Xidmətin özəllikləri
- Hesabın dərhal aktivasiyası
- Fayl meneceri olan rahat idarəetmə paneli
- Saytınız üçün 2 GB disk həcmi
- Texniki xidmətin yardımı ilə tarifə rahat keçid
- Reklamsız
- Ödənişli opsiyalar olmadan
- Gizli ödənişlər olmadan
Xidməti necə əldə etmək olar?
Free OUR Host layihəsinin veb-saytına – https://free.ourhost.az – keçid edərək çəhrayı düyməni sıxaraq sorğu bölməsinə daxil olun. Orada “satış şöbəsini” seçərək nəyə görə və hansı məqsəd üçün pulsuz host əldə etmək istədiyinizi bildirin. Nəzərinizə çatdırırıq ki, Free OUR Host layihəsi ictimai və sosial məqsədli qaynaqlar üçün nəzərdə tutulub.
Xidmətdən istənilən şəxs yararlana bilər.
Share

About us
"OUR Technology" LLC is a company registered in the Republic of Azerbaijan. With 18 years of experience in the ICT, it offers innovative solutions for the telecommunications, oil and gas, government and defense, as well as banking and finance sectors in the region.