News
RED SOFT ilə partnyorluq
-
05 Fevral 2025
-
Şirkət xəbərləri

OUR Technology ilə RED SOFT arasında partnyorluq münasibətləri qurulub.
RED SOFT olduqca geniş və hərtərəfli xidmət spektoruna malikdir. Şirkətin ən məşhur məhsullarından biri RED OS əməliyat sistemidir. RED OS – serverlər və iş stansiyaları üçün ümumi təyinatlı əməliyyat sistemidir. Bu əməliyyat sistemi RPM paketi əsasında qurulmuş kompozit proqram məhsuludur və POSIX və LSB 4.1 (Linux Standard Base) tələblərinə cavab verir. RED OS “Open Source” layihələrinin mənbə kodları və RED SOFT şirkətinin öz məhsulları ilə birgə tərtib edilir. Paketlər şirkətin spesifikasiyasına və ya Açıq Mənbə layihələrinin spesifikasiyasına uyğun olaraq qurulur. İstifadə olunan bütün spesifikasiyalar RED OS paket bazası ilə uyğunluğu təmin etmək üçün adaptasiya olunur.
RED OS nəhəng proqram və aparat təminatı uyğunluğuna malikdir və həm fərdi, həm biznes, həm də dövlət layihələrində geniş istifadə edilə bilər.
OUR Technology RED OS, RED ADM və RED Virtulizasiya məhsullarının satışını həyata keçirmək hüququna malik, avtorizasiya edilmiş rəsmi partnyor statusunu qazanmışdır.
Paylaş

Haqqımızda
«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. İKT sahəsində 18 illik təcrübə ilə regionda telekommunikasiya, neft-qaz, dövlət və müdafiə, eləcə də bank-maliyyə sektorları üçün innovativ həllər təklif edir.