OUR HOST-da YENİ ÖDƏMƏ NÖVLƏRİ ƏLAVƏ EDİLDİ

blog image 01

OUR Host - Azərbaycan Host Provayderi öz əhatə coğrafiyasını artırmaqda davam edir. Bu gün provayderin bir çox qitələrdə müştəriləri mövcuddur. Bu da təbii olaraq saytın funksionallığını artırılmasını tələb edir. Dünya günü-gündən daha çox qloballaşır, mədəniyyətlər bir-birinə get-gedə daha çox inteqrasiya olunur. Bütün bu yeniliklərdən bizim host provayder kənarda qalmır. Müştərilər üçün xidmətin göstərilməsi istiqamətində ən vacib faktorlardan biri də rahat ödəmə vasitələrinin təmin edilməsidir. Biz anlayırıq ki, ödəmə növünün çoxluğu müştərilərə daha çox hərəkət azadlığı yaradır. Provayder bu istiqamtdə daim çalışır.

Şirkətimizin yeni coğrafi üfiqlərə çıxması bu prosesi daha da sürətləndirir. O üzdən bu gün biz yeni ödəmə növü - Yandex.Kassa-nı Sizə təqdim edirik. Hazırda saytda xidmətləri 2 formada plastik kartbank köçürməsi (AZN/USD) vasitəsilə ödəmək olur. Ancaq bu gündən etibarən ödəmə növləri sırasına Yandex.Kassa da əlavə edilir. Bu aqreqatın əlavə edilməsi müştərilərin ödəmə imkanlarını xeyli genişləndirir və eyni zamanda şirkətin maliyyə müstəqilliyini təmin edir. Yandex.Kassa Rusiya, Belarus, Moldova, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Gürcüstanda səfərdə olan və ya daimi yaşayan müştərilərimizə geniş ödəmə imkanları yaradır.

Belə ki, müştərilər Yandex.Kassa ödəmə növünü seçdikdə aşağıdakı üstünlükləri əldə edir:

  • Yandex.Money (cüzdan) vasitəsilə birbaşa öz pul kisəsindən ödəniş;
  • QIWI cüzdan vasitəsilə birbaşa öz pul kisəsindən ödəniş;
  • "Mir" ödəmə sistemi ilə təmin edilmiş plastik kartlar vasitəsilə ödəniş;
  • Sberbank Onlayn vasitəsilə avtomatik ödəniş tapşırıqlarının yazılması;
  • Alfa-Klik vasitəsilə avtomatik ödəniş tapşırıqlarının yazılması;
  • Promsvyazbank vasitəsilə avtomatik ödəniş tapşırıqlarının yazılması;
  • MasterPass proqramı vasitəsilə ödəniş etmə imkanı;
  • ölkə hüdudlarından kənarda (MDB) yerləşən bir çox terminal və ödəmə məntəqələrində nağd ödəmə imkanı.

Biz xüsusilə burada üç ödəmə növünün üzərinə daha çox diqqət yetirməyinizi tövsiyyə edirik: Yandex.Money, MasterPass və xarici terminallar vasitəsilə ödəniş. Bundan sonra Yandex.Money-də hesabı olan müştərilər RUB valyutaya sahib olmaqlarına baxmayaraq (AR Mərkəzi Bankının rəsmi təyin etdiyi məzənnəyə əsasən) rahatlıqla ödəniş edə bilərlər. Bundan savayı MasterPass proqramının üzvü olduğumuz üçün ödənişləri buradan da rahatlıqla həyata keçirə bilərsiniz.

MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrinə səfərdə olduğunuz zaman (və ya orada daimi yaşayırsınızsa) xidmətlərinizi Связной, Евросеть, Мегафон, МТС rabitə məntəqələrində, Sberbank bankomatlarında, Элекснет, Comepay (Magnit), Европлат, TelePay, QIWI eləcə də Moskva Kredit Bankına məxsus terminallar vasitəsilə rahat ödəniş edə bilərsiniz.

Əlbəttə ki, biz bununla yekunlaşmayacağıq və yeni imkanlar yaratmaqda davam edəcəyik. İrəliləyən aylarda yerli terminallar vasitəsilə ödənişlərin qəbulunu bərpa etmək niyyətindəyik. Daimi müştərilər xəbərdardır ki, bundan öncə eManat terminallarında işi təmin edən üçüncü tərəfin naməlum inzibati və texniki problemlərinə görə onlarla müqaviləyə xitam verilmişdir. Bir çox müştərilər bundan narazı qalmışdı və biz onların haqqlı narazılığını anlayışla qəbul edirik. Gələcəkdə bu cür problemlərin olmaması üçün biz güvənli operatorla danışıqlar aparırıq. Tezliklə yerli terminallar vasitəsilə ödəniş etmək imkanı yaradılacaqdır.

Bütün bu əlavələr yalnız müştəri məmnuniyyəti və onun özünü rahat hiss etməsi məqsədi daşıyır. Biz inanırıq ki, bu yeniliklər müştərilərimizə olduqca xoş təəsürat verəcək və onlara həqiqətən yararlı olacaqdır.

KATEQORİYASI

post author image

Haqqımızda

«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. İT sahəsində 11 illik təcrübə ilə regionda telekommunikasiya, neft-qaz, dövlət və müdafiə, eləcə də bank-maliyyə sektorları üçün innovativ həllər təklif edir.