Host provayder
OUR Technology MMC
Veb host, domen, server, SSL.
OUR.Host – Azərbaycan Host Provayderi OUR Technology şirkətinin host və bu kimi server həllərini təqdim edən brendi olaraq 2015-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Biz Azərbaycanda veb-host, VPS/VDS, ayrılmış server kimi xidmətlərin ucuz və keyfiyyətli təminatının həyata keçirməyə çalışırıq. OUR Host brendinin yaradılması ilə baza server həllərinə maksimal diqqət yetirməyə nail olduq.
Biz qarşımızda konkret məqsəd qoymuşuq – yalnız bir iş görmək və bu işi keyfiyyətli etmək.
Biz Sizin sayt, layihə və xidmətlərinizin İnternetdə yerləşdirilməsi üçün Hostinq qaynaqlarını təklif edirik. Ən əsas aspektlərdən biri peşəkarlıqdır. Hər bir sorğu, hər bir müraciət xüsusi diqqətlə analiz edilir və həlli üçün texniki heyət cəlb olunur. Biz texniki və bu kimi xidmətə zəmanət veririk.
Xidmətlərimizdən müxtəlif müştərilər yararlanır: veb-proqramçı və dizayn studiyaları, yeni başlayan internet-sahibkarlar, oyun serverləri və iri şirkətlərin sahibləri. Serverlərdə yerləşdirilməsini təmin edə bilmədiyimiz internet-layihəsi yoxdur. Onlarla insan OUR.Host-un xidmətlərini seçib. Ümid edirik ki, Siz də onlardan biri olacaqsınız.
«OPEN.NET.AZ» layihəsi Linux əməliyyat sistemi və açıq mənbə haqqında informasiya vakumunu Azərbaycanda aradan qaldırmaq məqsədilə yaradılıb.
GameKey.az - video oyun naşirlərinin Azərbaycandan olan ilk rəsmi rəqəmsal distribyutorudur. Son illərdə bütün dünya, eləcə də Azərbaycanda əyləncə seqmenti durmadan inkişaf edir və get-gedə daha çox vüsət alır.
Proqramlaşdırmada olduğu kimi bu sahə ilə şirkət daxili OUR Studio agentliyi məşğul olur. Studiya şirkətlərin emblemini, layihə loqotipini, ticarət nişanı və müxtəlif mövcud işlərin korrepsiyası ilə məşğuldur.