Single Services
Proqramlaşdırma
Proqramlaşdırma həllərini şirkət daxilində olan OUR Studio agentliyi həyata keçirir. Biz maraqlı saytlar, eleqant mövzular və əla vizual dizayn hazırlayırıq. Fikirlərimizdə müstəqilik və heç bir məhdudiyyətimiz yoxdur.

Qısa xülasə
Mütəxəssislərimiz müasir proqramlaşdırma texnologiyalarının tətbiqi və İnternet şəbəkəsində bütün yeni tendensiyaları nəzərə almaqla veb-saytlar yaradırlar. Layihələr hazırlanarkən biz PHP+MySQL kimi texnologiyaları tətbiq edərək özümüzə məxsus CMS üzərindən sayt yaradırıq.
Veb saytın olması zərurəti hər bir uğurlu şirkət üçün aydın məsələdir. Lakin, keyfiyyətli sayt-yalnız potensial müştərilərin daim artan bazarını deyil, həm də onlarla qarşılıqlı faydalı əlaqə saxlamaq imkanıdır ki, bu da funksional imkanların maksimal düşünülmüş şəkildə yığılmasını tələb edir.
Bizim işimiz müştərilərin biznesini avtomatlaşdırmaqla daha məhsuldar, iş şəraitini isə təhlükəsiz etməkdir. Biz dövlət və özəl sektorun aparıcı təşkilat və şirkətləri ilə birgə çalışırıq.
Biz inanırıq ki, müştərilərimiz sırasına Siz də üzv olacaqsınız!
BİZNES STRATEGİYASI
ÇOXŞAXƏLİ
Mürəkkəblər işlərdən çəkinmir, əksinə bu cür layihələrdən zövq alırıq.
ÜSLUB ÖNƏMLİDİR
Layihə yaradılan an biz hər şeyi, xüsusilə UX elementlərini istifadəçiyə xoş yaradırıq. Üslub ən önəmli məsələlərdən biridir.
DÜZGÜN KOD
Saytın yaradılması zamanı ona məxsus kodun səliqəli və dəqiq olması şərtdir. Bu müəyyən hallarda saytın funksionallığına təsir göstərir.
ÜSTÜNLÜKLƏR
DÜŞÜNÜLMÜŞ UX
UX bir çox faktorları birləşdirir. İmtina sessiyaları azalır, sessiya çoxalır, baxış dərinliyi artır və sair. Həmçinin axtarış trafiki yüksəlir. Demək ki, satış və konversiya da artır.
MÜTƏXƏSSİS MƏZMUNU
Sayt biznesin ehtiyacı və auditoriyanın istəklərini nəzərə alaraq yaradılır. Bu istifadəçiyə məhsulu əl etməyə, lazımi məhsulu tapmağa və yeni nəsə öyrənməyə sövq edəcəkdir.
SEO OPTİMİZASİYA
Saytda qəribə menyu üslubu və işləməyən keçidlər olmamalıdır. SEO əməyin lazımı dəyərləndirilməsi üçün vacibdir. Buna görə də struktur öncədən düşünülməli və maksimum rahat olmalıdır.
KEYFİYYƏTLİ AVADANLIQ
Bu brendin tanınmasına və onun reputasiyasına müsbət təsir göstərir. Hətta ən mürəkkəb saytları belə biz adaptasiya edirik. Bu auditoriyanın itirilməsinin qarşısını alacaq və mobil cihazlarda daha aydın nümayişi təmin edəcək.
NƏ QAZANACAQSINIZ?
- Saytın təhlükəsizlik və texniki menecment məsələsi bizim şirkətin məsuliyyətinə keçir.
- Müqavilə müddəti ərzində sayt ehtiyac olduqca müasir modernizasiya mərhələlərindən keçir.
- 24 saat sayta real fiziki və elektron nəzarət edilir.
- Saytın əlavə və dəyişiklikləri bizim tərəfimizdən aparılır.