Video-oyun portalı
OUR Technology, MMC.
Video-oyunların satışı platforması
GameKey.az – video oyun naşirlərinin Azərbaycandan olan ilk rəsmi rəqəmsal distribyutorudur. Son illərdə bütün dünya, eləcə də Azərbaycanda əyləncə seqmenti durmadan inkişaf edir və get-gedə daha çox vüsət alır. Biz hesab edirik ki, Azərbaycandan olan istifadəçilərə lisenziyalı oyunları milli platforma üzərindən yayımlanmasına əhəmiyyətli dərəcədə ehtiyac duyulur. GameKey.az lisenziyalı rəqəmsal video oyunların satışı istiqamətində tam sertifikatlaşdırılıb və məşhur oyun platformaları – Steam, Origin, UPlay, GOG və Epic Store ilə tam inteqrasiya edilib. Bundan əlavə biz durmadan oyun naşirləri və bilavasitə yaradıcılar ilə təmas qurur, Azərbaycan və MDB üzərindən müəyyən oyunların rəsmi yayımını təşkil edirik. Saytdan əldə edilən bütün oyunlar adıçəkilən platformaların birbaşa açar anbarından istifadəçilərə təmin edilir. Biz ümid edirik ki, Azərbaycandan olan geymerlər tamamilə milli olan rəqəmsal platforma vasitəsilə video oyun və bir çox bununla bağlı xidmətləri əldə etməkdən məmnun olacaq.
Bizim reputasiya və naşirlərlə yaxşı münasibət yeni olsa da imkan verir ki, oyunların nəinki buraxıldığı gün satışa çıxaraq, həmçinin önsifarişlərin qəbulunu da həyata keçirək – bu da ilkin reliz, xüsusi qiymət və oyundaxili unikal bonuslar deməkdir.
«OPEN.NET.AZ» layihəsi Linux əməliyyat sistemi və açıq mənbə haqqında informasiya vakumunu Azərbaycanda aradan qaldırmaq məqsədilə yaradılıb.
Proqramlaşdırmada olduğu kimi bu sahə ilə şirkət daxili OUR Studio agentliyi məşğul olur. Studiya şirkətlərin emblemini, layihə loqotipini, ticarət nişanı və müxtəlif mövcud işlərin korrepsiyası ilə məşğuldur.
OUR.Host - Azərbaycan Hostinq Provayderi OUR Technology şirkətinin host və bu kimi server həllərini təqdim edən brendi olaraq 2015-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb.