Single Services
Dr.Web biznes və dövlət qurumları üçün nəzərdə tutulmuş məhsulları təşkilatınızın ehtiyaclarına tam uyğun informasiya təhlükəsizliyi sistemi qurmağa imkan verir.
Dr.Web Enterprise Security Suite – korporativ şəbəkənin bütün qovşaq elementlərini və onların əksəriyyəti üçün vahid idarəetmə mərkəzini özündə birləşdirən Dr.Web məhsulları kompleksidir. Məhsul fayl və tətbiq serverlərinin informasiya təhlükəsizliyini təmin edir.
Dəstəklənən platformalar:




Qısa xülasə
Dr.Web Enterprise Suite – istənilən miqyaslı müəssisələrdə Linux, Windows, Mac iş stansiyaları və fayl serverləri, həmçinin Unix poçt serverlərinin antivirus mühafizəsinin mərkəzləşdirilmiş idarəetmə sistemi ilə təchiz olunmuş kompleksidir. Dr.Web Enterprise Suite müştəri-server arxitekturasına malikdir. Antivirus serveri Linux və ya Windows iş stansiyaları və fayl serverlərinin, həmçinin Unix poçt serverlərinin mühafizəsinin mərkəzləşdirilmiş inzibatçılığını təmin edir. O cümlədən yerləşdirmə, virus bazalarının və komponentlərin proqram modullarının yenilənməsi, şəbəkənin vəziyyətinin monitorinqi, virus hadisələri barədə bildirişlər, statistikanın toplanmasını da həyata keçirir.
Proqram həlli iş stansiyaları üçün bütün növ viruslardan, hücumlardan və arzuolunmaz mesajlardan sertifikatlaşdırılmış kompleks qorunmanın yaradılması üçün nəzərdə tutulub. Kompleks təhlükəsizlik sistemi mobil qurğular, fərdi kompüterlər və əməkdaşların şəxsi mobil cihazları da daxil olmaqla korporativ infrastrukturun bütün qovşaqlarını etibarlı şəkildə qoruyur. Mərkəzləşdirilmiş idarəetmə mərkəzinin mövcudluğu və qrup təhlükəsizlik siyasətlərinin dəstəklənməsi həllin konfiqurasiyasını və xidmətini sadələşdirir və sürətləndirir. Təqdim olunan məhsul birinci və ikinci səviyyələr üzrə tələblərə və texniki şərtlərə dair uyğunluq sertifikatlarına malikdir.
Dr.Web Enterprise Security Suite İT.SAVZ.A2.PZ, İT.SAVZ.B2.PZ, İT.SAVZ.V2.PZ, İT.SAVZ.G2.PZ, həmçinin dövlət sirrinin qorunması – A2, B2, V2, G2, D2 sinifləri üzrə sertifikatlaşdırılmışdır.
NECƏ ƏLDƏ EDİLMƏLİ
OUR Technology Dr.Web-in Azərbaycanda rəsmi Premium Partnyor statusuna malikdir və Dr.Web məhsulları üzrə satış, layihələndirmə, tətbiq və texniki dəstək xidmətləri göstərir.
Biz kiçik, orta və iri müəssisələr, müxtəlif kommersiya təşkilatları və dövlət qurumları üçün müxtəlif miqyaslı informasiya təhlükəsizliyi layihələrinin icrasını təmin edirik. İnfrastrukturun analizi, uyğun məhsul və lisenziya modelinin seçilməsi, sistemin quraşdırılması, mərkəzləşdirilmiş idarəetmənin qurulması və sonrakı texniki müşayiət xidmətləri kompleks şəkildə həyata keçirilir.
Biz istənilən miqyasda — lokal şəbəkələrdən tutmuş paylanmış korporativ infrastrukturlara qədər — layihələrin icrasını təmin edirik.
Dr.Web lisenziyalarını:
- birbaşa OUR Technology şirkətinə müraciət etməklə;
- və ya rəsmi satış saytımız vasitəsilə onlayn qaydada əldə edilə bilər.
Korporativ həllərlə yanaşı, şəxsi istifadə (ev istifadəsi) üçün nəzərdə tutulmuş Dr.Web lisenziyalarının təmin edilməsi də həyata keçirilir.
Onlayn əldə etDr.Web Enterprise Security Suite həllərinin tətbiq əhatəsi:
KRİTİK İNFRASTUKTUR
kritik informasiya infrastrukturu (Kİİ) obyektlərinin ən yüksək kateqoriyaya qədər mühafizəsində
1-ci SİNİF MÜHAFİZƏ TƏLƏBİ
təhlükəsizlik səviyyəsinə yüksək tələblər olan təşkilatlarda;
MƏXFİ İNFORMASİYA
dövlət sirri təşkil edən məlumatların emal olunduğu sistemlərdə məlumatların qorunması üçün;

ÜSTÜNLÜKLƏR
Dr.Web ESS (Enterprise Security Suite) özündə aşağıda sadalanan proqram həllərini birləşdirir
İDARƏETMƏ MƏRKƏZİ
korporativ şəbəkənin bütün obyektlərinin qorunmasını mərkəzləşdirilmiş qaydada idarə etməyə, həmçinin əməkdaşların şəxsi qurğularını və ev kompüterlərini qorumağa imkan verir
DR.WEB DESKTOP SECURİTY SUITE
Windows, macOS və Linux əməliyyat sistemləri altında işləyən işçi stansiyaların, terminal və virtual server müştərilərinin, həmçinin daxili (embedded) sistem müştərilərinin qorunması.
Dr.WEB SERVER SECURITY SUITE
Unix (Samba), Microsoft Windows və macOS Server, idarəetməsi altında işləyən fayl və tətbiq serverlərinin (o cümlədən terminal və virtual serverlərin) qorunması.
DR.WEB MAIL SECURITY SUITE
Unix, MS Exchange, Kerio və Lotus üçün poçt trafikinin antivirus və antispam filtrasiyası.
Dr.Web Enterprise Security Suite şirkətin daxili şəbəkəsinin, o cümlədən mobil qurğuların, həmçinin əməkdaşların ev kompüterlərinin vahid və etibarlı kompleks antivirus mühafizəsinin təşkili üçün nəzərdə tutulmuşdur.
Dr.Web Enterprise Security Suite komponentlərinin qarşılıqlı əlaqədə quraşdırıldığı kompüter və mobil qurğuların məcmusu vahid antivirus şəbəkəsini təşkil edir. müşayiət xərclərini minimuma endirməklə lokal şəbəkənin qorunması üzrə işi maksimal dərəcədə avtomatlaşdırır və administratorun vaxtını digər tapşırıqlar üçün azad edir.
NƏ QAZANACAQSINIZ?
- Qorunmanın ucuzlaşdırılması və sistemləşdirilməsi
- Dr.Web ilə qorunan maşınların vahid mərkəzdən idarə olunması imkanı
- Əməkdaşların dünyanın istənilən nöqtəsində eyni səviyyədə qorunma ilə işləmək imkanı
- Məlumatların (o cümlədən şəxsi məlumatların) istənilən vaxt təhlükəsizliyinə zəmanət
- Yoluxma səbəbindən yaranan dayanma vaxtlarının azaldılması