QRAFİK DİZAYN

Proqramlaşdırmada olduğu kimi bu sahə ilə şirkət daxili OUR Studio agentliyi məşğul olur. Studiya şirkətlərin emblemini, layihə loqotipini, ticarət nişanı və müxtəlif mövcud işlərin korrepsiyası ilə məşğuldur. Bacarıqlarımıza veb-saytlar, ümumi dizayn, brendinq və hostinq həlləri daxildir.

service image

Qısa xülasə

Bizə görə dizayn sadəcə olaraq gözəl görünən şəkil deyil. O konkretliyi sevir və hədəfi var. Bizim orijinal və ənənəvi olmayan dizayndan xoşumuz gəlir. Buklet, broşur, biznes-kart, qablaşdırma, naviqasiya sistemi - qrafik dizayna aid istənilən məhsulu Sizin şirkət üçün yaradırıq. Gözoxşayan dizayn brendə etibarlıq və maraq qatır.

Biz faydalı həllər təklif edirik. Estetik və cəlbedici, həm də bir az unudulmaz. Məhsulunuzun individuallığı hər yerdə bilinəcək. Bizim işimiz müştərilərin biznesini avtomatlaşdırmaqla daha məhsuldar, iş şəraitini isə təhlükəsiz etməkdir. Biz dövlət və özəl sektorun aparıcı təşkilat və şirkətləri ilə birgə çalışırıq.

Biz inanırıq ki, müştərilərimiz sırasına Siz də üzv olacaqsınız!

BİZNES STRATEGİYASI

BRENDİN TANINMASI

Dizayn üçün önəmli element brendin önə çəkilməsidir. Biz brendi önə çıxaran üslub üzərində işləyirik.

POLİQRAFİK DİZAYN

Biz hazır həll təklif edirik. Bütün dizayn məhsulları çap üçün hazır vəziyyətdə təhvil verilir.

BRENDBUK

Şirkət brendinin konsepsiyasını özündə birləşdirən sənəddir. Bu şirkətin auditoriya və pozisiyasını göstərir.

ÜSTÜNLÜKLƏR

YENİ İDEYALAR

Qrafik dizayn sahəsindəki çoxillik peşəkar təcrübə bizə trivial olmayan tapşırıqları yerinə yetirməyə imkan yaradır.

SEÇİM İMKANI

Digər şirkətlərdən fərqli olaraq biz 2 fərqli üslubda dizayn yaradırıq. Bu layihənizi həmkarlarınızla həyata keçirəndə və kollektiv qərar qəbul etdikdə olduqca yararlıdır.

KEYFİYYƏT KONTROLU

Texniki tapşırığın icrası mütəxəssislər tərəfindən çoxmərhələli yoxlama və keyfiyyət kontrolundan keçir. İş prosesi zamanı layihə meneceri təyin olunur.

ŞƏFFAF FƏALİYYƏT

Müştərilərin rahatlığı üçün böyük layihələri icrası zamanı onlara layihəni izləmək və gedişata nəzarət etmək üçün xüsusi giriş hüquqları təqdim edilir.

NƏ QAZANACAQSINIZ?

  • Saytın təhlükəsizlik və texniki menecment məsələsi bizim şirkətin məsuliyyətinə keçir.
  • Müqavilə müddəti ərzində sayt ehtiyac olduqca müasir modernizasiya mərhələlərindən keçir.
  • 24 saat sayta real fiziki və elektron nəzarət edilir.
  • Saytın əlavə və dəyişiklikləri bizim tərəfimizdən aparılır.
>