IT OUTSOURCE

Müasir və etibarlı İT infrastrukturunun qurulması müştərilərə göstərilən xidmətin yüksək səviyyədə olması və biznes prosesinin davamlılığının təmin edilməsi baxımından ən vacib amillərdən biridir. Mütəxəssislərimiz tərəfindən göstərilən peşəkar məsləhət xidməti əsasında OUR Technology şifarişçilərin istək və tələblərinə cavab verən konsaltinq və autsorsinq xidmətləri təklif edir.

service image

Qısa xülasə

Bu günün rəqabətli mühitində şirkətlərin əksəriyyəti idarəetmə və səmərəlilik baxımından effektiv olmaq üçün ən azı IT işlərinin bir hissəsini autsors edirlər. Əvvəlcədən öz xərclərini yaxşı bildiklərinə görə bu iş kiçik şirkətlər üçün çox sərfəlidir. Digər tərəfdən böyük şirkətlər də öz resurslarını strateji işlərinə sərf edərək bu xidmətdən səmərəli istifadə edə bilərlər.

Heç kəsə sirr deyil ki, müasir dövrdə informasiya və onun təhlükəsizliyinin qorunması şirkət və müəssisələrin fəaliyyətinin az qala ən prioritet istiqamətinə çevrilmişdir. Belə ki, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq şirkətlərdə informasiya itkisi və oğurlanma halları sonda həmin müəssisənin rəqabət qabiliyyətinin azalmasına, hətta iflasa uğramasına belə səbəb ola bilər.

Burada ən yaxşı yol şirkətin informasiya təhlükəsizliyinin qurulmasının və idarə olunmasının bu sahədə ixtisaslaşmış, hər biri öz sahəsində peşəkar olan əməkdaşların toplanmış olduğu kənar İT şirkətlərin köməyinə müraciət edilməsidir.

Şirkətlərin iş saatlarından və iş prinsiplərindən asılı olaraq OUR Technology şirkəti onlara bir neçə istiqamətdə texniki dəstək xidmət paketləri təklif edə bilir.

BİZNES STRATEGİYASI

SABİT QİYMƏT

Sabit qiymət modelində qiymətlər layihənin lap başlanğıcından müştəri və şirkət arasında razılaşdırılır. Bu, dəqiq məqsədi və sabit tələbləri olan layihələr üçün ideal versiyadır.

ZƏMANƏT

İT autsorsinq müştərinin bir çox rutin və mürəkkəb texniki problemlərdən xilas edir. Razılaşmaya əsasən kiçik menecmentdən tutmuş, texniki problemlərin həllinə qədər icraçının öhdəliyinə çevrilir.

TEXNİKİ NƏZARƏT

Bu xidmət hər bir layihənin daim texniki nəzarət altında olması deməkdir. Hər bir müştəri üçün onun seqmentdə stabil fəaliyyəti üçün bu şərtdir. 24/7 nəzarət edilir.

NƏ QAZANACAQSINIZ?

  • Şəbəkə avadanlığının işlək vəziyyətdə saxlanması.
  • Profilaktik və diaqnoztik tədbirlər.
  • Məlumat bazasının saxlanmasına nəzarət.
  • Serverlerin və kompyuterlərin optimizasiyasi