Dr.WEB İLƏ PREMİUM PARTNYORLUQ
OUR Technology aparırıcı antivirus proqram təminatı tərtibatçısı olan Dr.Web tərəfindən premium partnyor statusu əldə edib. Dr.Web antivirus proqramı 1992-ci ildən hazırlanır və dünyanın ilk antivuruslarından biridir. Dr.Web biznesin əsas ehtiyacını - informasiya təhlükəsizliyininin təmin edilməsində - MDB-də aparıcı sıralarda dayanır.
Dr.Web dünyada zərərli proqramların özünəməxsus aşkarlama və müalicə texnologiyalarına malik olan azsaylı antivirus istehsalçılarından biridir. Dr.Web antivirus müdafiəsi müştərilərin informasiya sistemlərinə istənilən, hətta naməlum təhlükələrə qarşı effektiv müqavimət göstərməyə imkan verir.
Tərəfimizdən Dr.Web məhsullarını fərdi, eləcə də biznes seqmentinin bütün sahələri üçün həlləri mövcuddur.
Dr.Web Security Space
Bütün növ İnternet təhdidlərinə qarşı hərtərəfli müdafiə: fayl və poçt antivirusu, profilaktik müdafiə, antispam, SpIDer Gate veb antivirusu və Dr.Web Cloud bulud texnologiyası, Dr.Web firewall ilə valideyn nəzarəti.
Andorid üçün Dr.Web
Antispam, Firewall və Cloud Checker URL filtri daxil olmaqla mobil təhlükədən qorunma. Anti-Oğurluq modulu imkan verir ki, uzaqdan SMS əmrlərindən istifadə edərək oğurluq və ya itmə halında telefonunuzu tapasınız.
Dr.Web KATANA
Ən son aktiv təhdidlərdən, hədəflənmiş hücumlardan və müdaxilə cəhdlərindən, o cümlədən antivirusunuza hələ məlum olmayan "sıfır gün" zəifliklərindən proaktiv qorunmanın təmin edilməsi.
Bundan əlavə tərəfimizdən şirkət və müəssisələr üçün "endpoint" həll də təqdim edilir ki, bu da korporativ şəbəkə və texniki avadanlıqların bir mərkəzdən idarə edilməsini, onların daim nəzarətdə olmasını, yoluxma və digər zərərli tədidlərdən aktiv müdafiəni təmin edir:
1. Maşın öyrənmə texnologiyalarından və çoxmərhələli anomaliyaların aşkarlanması sistemindən istifadə edərək, hətta yeni və naməlum təhlükələrə də effektiv şəkildə qarşı çıxmağa imkan verən bütün növ iş stansiyaları üçün avtomatlaşdırılmış insident aşkarlama və cavab vasitələri;
2. İş stansiyalarında tətbiqlərin, proseslərin və İnternet trafikinin monitorinqi üçün qabaqcıl alətlər;
3. Qorunan sistemlərdə resurs istehlakının çevik paylanması;
4. Şəbəkə və poçt trafikinin monitorinqi, spamdan müdafiə;
5. Virtuallaşdırma texnologiyalarına dəstək və vahid fiziki server daxilində virtual mühitləri qorumaq üçün resursların optimal bölüşdürülməsi.
OUR Technology fərdi istehlakçılardan tutmuş, kiçik, orta və iri müəssisələr üçün aparıcı təhlükəsizlik həlləri təqdim etməyə hazırdır. Məhsul və xidmətlərlə bağlı sualınız olduqda bizə sorğu göndərməyi xahiş edirik.
KATEQORİYASI
Haqqımızda
«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. İT sahəsində 11 illik təcrübə ilə regionda telekommunikasiya, neft-qaz, dövlət və müdafiə, eləcə də bank-maliyyə sektorları üçün innovativ həllər təklif edir.