Sistem inteqrasiyası - korporativ sifarişçilər üçün informasiya texnologiyaları sahəsində kompleks həllərin yaradılmasını, müəssisə və ya şirkətin biznes-proseslərini, fəaliyyətini cəmləşdirən avtomatlaşdırılmış mürəkkəb və ahəngləşdirilmiş sistemlərin işlənib hazırlanmasını əhatə edir.
OUR Technology konsolidasiya olunmuş biznes-proseslərin və təşkilatın bölmələrinin çərçivəsində fasiləsiz informasiya mübadiləsi və verilənlərin birbaşa işlənməsinin təmin olunmasında şirkətlərə kömək edərək, biznes-proqramların inteqrasiyası xidmətlərini təqdim edir.
Bir sistem inteqratoru kimi biz sifarişçinin texniki ehtiyaclarını tez və dəqiq başa düşür və problemin ən sərfəli həllini təklif edərək onu sifarişçinin cari tələblərini ödəməklə yanaşı gələcəkdə biznesin dəyişməsi və ya artan tələbatları nəzərə almaq üçün açıq sistem kimi hazırlayırıq.
Sistem inteqrasiyası və biznesin kompleks avtomatlaşdırılması bu gün istehsal və ticarət sahələrində, elektron sənəd dövriyyəsi və kargüzarlıq sistemlərində, mühasibat uçotu və büdcə sistemlərində, satışların uçotu və idarəetmə prosesində, anbarlarda, banklarda, apteklərdə, mehmanxanalarda və kitabxanalarda, qısaca biznes prosedur və fəaliyyətlərini avtomatlaşdırmaq və sistemləşdirmək üçün tətbiq olunur.
Bu proqram və onun istifadəsi pulsuzdur. Lazım gəldikdə yalnız texniki dəstək ödənilir. Heç bir lisenziya xərcləri tələb olunur.
Açıq mənbəni casus və ya digər zərəli proqramlarının mövcudluğunu yoxlaya bilərsiniz. Ttəhlükəsizlik arxayın ola bilərsiniz.
Open Source əsaslı həllər biznesinizin bütün proseslərini avtomatlaşdırılmış şəkildə idarə etmək üçün lazım olan məhsulların tam çeşidini əhatə edir.