YARANMIŞ MÖVCUD DURUMLA BAĞLI PRESS-RELİZ

blog image 01

Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli hərbi bölmələri 27 sentyabr 2020-ci ildə Ermənistan ordusuna məxsus quldur dəstələrinə qarşı hərbi əməliyyatlara başlamışdır. Bunun nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına əsasən ölkə ərazisində Hərbi vəziyyət elan edilmiş və komendant saatı tətbiq edilmişdir.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının bütün ərazisində internet-telekommunikasiya eləcə də rabitə vasitələrinin iş qabiliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edilib. Bizə məxsus bütün server iş stansiyaları ştat cədvəlinə uyğun olaraq fəaliyyət göstərsə də müxtəlif saatlarda traffikin son istifadəçiyə çatmasında məhdudiyyət müşahidə olunur. Bununla əlaqədar bildiririk ki, bu məhdudiyyətlərə görə OUR Technology MMC hər-hansı bir məsuliyyət daşımır. Mövcud durum bəyan edilən oferta eləcə də fiziki və hüquqi şəxslərə şamil olunan müqavilədə də əks olunduğu kimi (8) "Fors-major" maddəsinin 8.2 bəndinə uyğundur:

8.2 Qarşısıalınmaz qüvvə hallarına o hadisələr aiddir ki, Tərəflər onlara təsir göstərə bilmir və onların meydana gəlməsi üçün məsuliyyət daşımırlar, məsələn, zəlzələ, daşqın, yanğın, habelə tətil, dövlət orqanlarının qərarları, eləcə də qəzalar bu Müqavilənin yerinə yetirilməsinə mane olan hər hansı xarakterli hərbi əməliyyatlar, terror aktlar.

Bununla belə hər bir müştərimizi əmin etmək istəyirik ki, öz tərəfimizdən bizə məxsus olan telekommunikasiya və rabitə avadanlıqları və onların traffiki ilə bağlı hər-hansı bir məhdudiyyət tətbiq edilmir. Tətbiq edilmiş məhdudiyyət ölkədə elan edilmiş hərbi vəziyyətlə əlaqədar olaraq kənar orqanların müəyyən etdiyi qaydalar çərçivəsində icra olunur. Bu məsələyə şirkətin hər-hansı müdaxiləsi qeyri-mümkündür.

Ümid edirik ki, hər bir müştərimiz mövcud durumun həyəcanlı gərginliyini nəzərə alaraq tətbiq edilmiş məhdudiyyətlərə anlayışla yanaşır.

OUR Technology - Azərbaycan İT şirkəti Vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçularımızın və mülki vətəndaşlarımızın ailələrinə başsağlığı verir, Allahdan onlara rəhmət diləyir.

 

KATEQORİYASI

post author image

Haqqımızda

«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. İT sahəsində 11 illik təcrübə ilə regionda telekommunikasiya, neft-qaz, dövlət və müdafiə, eləcə də bank-maliyyə sektorları üçün innovativ həllər təklif edir.