Dünya azərbaycanlıların həmrəylik günü və Yeni İliniz mübarək!

blog image 01

OUR Technology - Azərbaycan İnformasiya Texnologiyaları şirkəti qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni 2020-ci il münasibətilə Sizi təbrik edir!

Ötən ildə Azərbaycanın İT mühiti, peşəkarlığı və perspektivliyi, beynəlxalq informasiya aləminə təsiri əhəmiyyətli dərəcədə artıb. Biz inanırıq ki, gələn il də yalnız yüksək dinamik inkişaf ilə müşaiyət olunacaqdır.

Qarşıdan bayramlar gəlir və ilin sonuna yekun vurulur. Bu il yeni partnyorlar qazandıq və yeni xidmət xətti yaradaraq maraqlı layihələr həyata keçirdik. Biz aktual və innovativ həllər yaradaraq çalışırıq ki, o hamı üçün hətta texniki mütəxəssis olmayan müştərilər üçün də əlçatan və yararlı olsun. Biz həmçinin ölkəmizdə vacib olan ictimai və sosial layihələrin reallaşması üçün Free OUR Host layihəsinə də start verdik. Bizə öz xidmətlərini yüzlərlə insan həvalə edir. Hər ilin sonu biz müştərilərə ümumi məlumat verir və əlbəttə ki, endirim kuponu hədiyə edirik. Bu və digər xəbərlər aşağıda Sizin diqqətinizə çatdırılacaq. Ümid edirik ki, 2020-ci ildə də Siz bizimlə birgə xidmətlərinizi böyüdəcək və yeni üfiqlər fəth edəcəksiniz!  

 

KATEQORİYASI

post author image

Haqqımızda

«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. İT sahəsində 11 illik təcrübə ilə regionda telekommunikasiya, neft-qaz, dövlət və müdafiə, eləcə də bank-maliyyə sektorları üçün innovativ həllər təklif edir.