COVID-19 VİRUSU İLƏ BAĞLI MÜRACİƏT

blog image 01

Bu çətin və mürəkkəb dövrdə biz mövcud durumdan istifadə edərək karonavirusa hansı formada reaksiya verdiyimiz haqqında məlumatı bölüşmək istərdim.

Vətənimizdə bu virusdan əziyyət çəkən hər bir kəs ilə ürəyimiz bir döyünür. Pandemiyanın tüğyan etdiyi bir zamanda biz bir daha əmin oluruq ki, durum hər an çox ciddi surətdə dəyişə bilər.

Bunları nəzərə alaraq sağlamlıq və ümumi təhlükəsizlik bizim ən vacib prioritetlərimizdən biri olaraq qalmaqdadır. Biz sosial distantlığı stimullaşdırmaq və karonavirusun yayılmasının qarşısını almaq üçün bütün əməkdaşlarımızın evdən, izolyasiyalı şəkildə işləməsi üçün bütün lazımı tədbirləri görmüşük və bu istiqamətdə onlara dəstək oluruq.

Sizin kimi biz də mövcud durumu durmadan izləyirik və bu əməkdaşlarımızın təhlükəsizliyi ilə biznesin kəsintisiz fəaliyyəti arasında balans yaradır. Bu tədbirlər müxtəlif müəssisə və digər fiziki şəxslərin bizə həvalə edilmiş xidmətlərinin heç bir məhdudiyyət və fasilə olmadan qlobal şəbəkədə yayımlanmasında yardımçı olur.

Bu qeyri-adi bir vəziyyət olmasına baxmayaraq biz çalışırıq ki, mümkün olduğu qədər biznes öz axarında fəaliyyət göstərə bilsin. Əməkdaşlarımız tam avtonom fəaliyyət göstərərək xidmətləri əvvəlki qaydada təmin edirlər. Həmçinin müştərilərin öz xidmətlərini müstəqil idarə edə bilməsi üçün biz onlayn-alətlərin imkanlarını da artırmışıq. Bu alətlər vasitəsilə hər bir müştəri xidməti adi qaydada əldə edə, dəyişdirə və modifikasiya edə bilər. Eyni zamanda istənilən satış və ya texniki sual ilə bağlı adıçəkilən alətlər vasitəsilə bilavasitə bizim ünvana sorğu da göndərə bilər.

Biz şirkət olaraq 2007-ci ildən etibarən müştərilərimiz ilə əl-ələ verib texnoloji gələcəyə doğru irəliləyirik və bu istiqamətdə də hərəkət etməyə davam edəcəyik.

Hadisələr inkişaf etdikcə biz sizinlə ünsiyyəti davam etdirəcəyik. Hər hansı bir sualınız varsa, OUR Technology MMC-nin nümayəndələri və komandalarına müraciət etməkdən çəkinməyin.

 
 
İcraçı Direktor
Orxan Quliyev
Orxan Quliyev
 

KATEQORİYASI

post author image

Haqqımızda

«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. İT sahəsində 11 illik təcrübə ilə regionda telekommunikasiya, neft-qaz, dövlət və müdafiə, eləcə də bank-maliyyə sektorları üçün innovativ həllər təklif edir.