ŞİRKƏTİMİZİN YENİ LAYİHƏSİ HAZIRLANIR

blog image 01

OUR Technology MMC yeni layihə üzərində çalışır. Layihə video-oyun sənayəsini əhatə edir. Biz layihəni video-oyun sənayəsində aparıcı yerli platformasına çevrilməsi üzərində artıq bir neçə müddətdir ki, çalışırıq.

GameKey.az - video oyun naşirlərinin Azərbaycandan olan ilk rəsmi rəqəmsal distribyutorudur. Son illərdə bütün dünya, eləcə də Azərbaycanda əyləncə seqmenti durmadan inkişaf edir və get-gedə daha çox vüsət alır. Biz hesab edirik ki, Azərbaycandan olan istifadəçilərə lisenziyalı oyunları milli platforma üzərindən yayımlanmasına əhəmiyyətli dərəcədə ehtiyac duyulur.

GameKey.az lisenziyalı rəqəmsal video oyunların satışı istiqamətində tam sertifikatlaşdırılıb və məşhur oyun platformaları - Steam, Origin, UPlay, GOGEpic Store ilə tam inteqrasiya edilib. Bundan əlavə biz durmadan oyun naşirləri və bilavasitə yaradıcılar ilə təmas qurur, Azərbaycan və MDB üzərindən müəyyən oyunların rəsmi yayımını təşkil edirik. Saytdan əldə edilən bütün oyunlar adıçəkilən platformaların birbaşa açar anbarından istifadəçilərə təmin edilir. Biz ümid edirik ki, Azərbaycandan olan geymerlər tamamilə milli olan rəqəmsal platforma vasitəsilə video oyun və bir çox bununla bağlı xidmətləri əldə etməkdən məmnun olacaq.

Gamekey.az rəsmi distribyutor olduğu üçün oyun anbarı daim aktualdır və önsifarişdən tutmuş (pre-order) bütün köhnə və yeni oyunları birbaşa saytdan əldə etmək imkanı yaradır.

Rəqəmsal distribyutorluq nədir?

Onlayn oyunlar peydə olandan etibarən fiziki şəkildə disklərin satışı bizə artıq eqzotik gəlməyə başlayıb. Son illər isə demək olar ki, bütün iri oyunların buraxılışı və ya dərc edilməsi onlayn aktivasiya modeli üzərindən həyata keçirilir. Məhz buna görə də bəzi disklərin üzərində «İnternetə qoşulma tələb» yazısını görə bilərsiniz.

Bir çox hallarda oyunun aktivasiyası müdafiə xidmətini təmin edən naşir və ya şirkətdə sizin hesabınıza bərkidilir. Bu da imkan verir ki, siz nəinki oyunu aktivasiya edəsiniz həmçinin birbaşa platformadan relizi endirəsiniz və ya həmin sahə üzərindən texniki xidmətlə əlaqə qurasınız. Bu həmçinin diski hər dəfə harasa daşımaqdan və onun korlanmasından sizi xilas edəcəkdir.

Bizim reputasiya və naşirlərlə yaxşı münasibət yeni olsa da imkan verir ki, oyunların nəinki buraxıldığı gün satışa çıxaraq, həmçinin önsifarişlərin qəbulunu da həyata keçirək - bu da ilkin reliz, xüsusi qiymət və oyundaxili unikal bonuslar deməkdir.

GAMEKEY layihəsinin maliyyə-kommersiya fəaliyyəti Azərbaycan Respublikasının ərazisində onlayn alış-veriş fəaliyyətini göstərmək üçün bütün lazımı lisenziya və sənədlərə malik olan hüquqi şəxs «OUR Technology» MMC tərəfindən aparılır.

 

KATEQORİYASI

post author image

Haqqımızda

«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. İT sahəsində 11 illik təcrübə ilə regionda telekommunikasiya, neft-qaz, dövlət və müdafiə, eləcə də bank-maliyyə sektorları üçün innovativ həllər təklif edir.